”AzInTelecom” yeni “Hydro Heroes” mobil tətbiqinin yaradılmasına texniki dəstək göstərib
23 Sen, 2020

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” BMT-nin İnkişaf Proqramı və IDEA ictimai birliyinin birgə təşəbbüsü ilə yaradılan “Hydro Heroes” tətbiqinin yaradılmasına öz texniki dəstəyini göstərib.

Korporativ sosial məsuliyyət layihələrində hər zaman fəallığı ilə seçilən “AzInTelecom” Azərbaycanda son zamanlar aktual olan su ekologiyasının problemlərinin həlli, suya qənaət və Kür çayının su ehtiyatının qorunması ilə bağlı maarifləndirmə işlərinə yüksək həssaslıqla yanaşır. “Azcloud“ bulud infrastrukturu əsasında yaradılmaqda olan “Hydro Heroes” mobil tətbiqi mühüm ekoloji problemin aradan qaldırılması missiyasını yerinə yetirəcək. Qeyd edək ki, “Azcloud” bu layihə üçün infrastrukturu təmənnasız olaraq bir il müddətinə təqdim edir.

Belə ki, bu mobil tətbiq insanların su sızmaları haqqında məlumatları öz telefonları vasitəsilə birbaşa məişət su təchizatı şirkətlərinə bildirməsinə imkan verir, eyni zamanda suyun qənaətlə istifadəsi haqda faydalı məlumatlarla təmin edir.

“AzInTelecom” ölkəyə faydalı layihələrin artımına və onların inkişafına dəstək göstərməyə davam edir və bu təşəbbüsün ölkənin su ehtiyatının qorunmasında müsbət nəticələrə gətirəcəyinə inanır.

Azərbaycanda ilk bulud xidmətlərini təqdim edən “Azcloud”, “AzInTelecom” MMC-nin nəzdində fəaliyyət göstərən data mərkəzi nəzdində fəaliyyət göstərir və rezervlənmə, arxivləşdirmə, videokonfrans, təhlükəsizlik, virtual ip telefoniya kimi xidmətləri təqdim edir.