Seminar
"Azcloud ilə arxivləşdirmənin 5 əsas üstünlüyü" vebinarı
28 İyl, 2020

    28 iyul 2020-ci il tarixində "AzInTelecom"un məhsul və xidmətlər üzrə aparıcı mütəxəssisi Fərrux Fərəcullevin təqdimatında «Azcloud-dan arxivləşdirmənin 5 əsas üstünlüyü» vebinarı təşkil olunmuşdu. Vebinarın məqsədi istifadəçiləri mütəmadi istifadə olunmayan böyük həcmli məlumatları saxlamağın rahat və səmərəli yol ilə tanış etmək idi. Onlayn seminarda "Azcloud"-un arxivləşdirmə xidmətinin 5 əsas üstünlüyü təqdim olunmuşdu:

    • Terabaytlarla məlumatı illərlə saxlamaq imkanı
    • Məlumatların əlavə təhlükəsizliyinin təminatı
    • Məlumatların sürətlə işlənilməsi və nəzarəti
    • Sərfəli qiymət və xərclərin azaldılması
    • Əlçatanlıq və asan idarəolunma