Son xəbərlər
- “Mobil notariat”a “SİMA İmza” ilə giriş imkanı yaradılıb 09 Apr, 2024
- AQTA informasiya sistemlərini tam olaraq “Hökumət buludu”na köçürüb 06 Apr, 2024
- “SİMA İmza” ilə banka getmədən ATB-dən kart sifariş et! 05 Apr, 2024
- “SİMA İmza” ilə əmək müqaviləni ƏMAS-da onlayn imzala! 02 Apr, 2024
- “Azərenerji” informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb 02 Apr, 2024
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC-nin Data Mərkəzinin nəzdində fəaliyyət göstərən “Azcloud” “Arxivləşdirmə xidmət kimi” (AaaS) xidmətini işə salıb.
Bu xidmət müxtəlif şirkətlərə və qurumlara məlumatlarını etibarlı və sərfəli şəkildə saxlamaq imkanı verir.
“Azcloud” bulud xidmətlərinin təklif etdiyi arxivləşdirmə xidməti sayəsində məlumatların həcminin 2.5 dəfəyə qədər sıxılması mümkündür. Bu da öz növbəsində bir məlumat daşıyıcısının 15 TB-dək məlumatı saxlamasını təmin edir.
Bundan əlavə, müştərilər lent tipli yaddaşı əldə etməklə məlumatların həcminə görə ödəniləcək böyük miqdarda xərclərdən azad olacaqlar.
Sözügedən xidmət xarici məlumat daşıyıcılarından fərqli olaraq, məlumatların 30 ilə qədər saxlanmasına, eləcə də istənilən zaman onların tamlığının yoxlanılmasına və axtarışına imkan yaradır.
Bu xidmət rezervlənmə xidmətindən (backup as a service) də fərqlənir. Belə ki, illərlə saxlanılan və nadir hallarda istifadə olunan məlumatlar üçün nəzərdə tutulan “Arxivləşdirmə xidmət kimi” böyük həcmli verilənlərin uzunmüddətli saxlanmasının təminatçısıdır.