Son xəbərlər
- “Mobil notariat”a “SİMA İmza” ilə giriş imkanı yaradılıb 09 Apr, 2024
- AQTA informasiya sistemlərini tam olaraq “Hökumət buludu”na köçürüb 06 Apr, 2024
- “SİMA İmza” ilə banka getmədən ATB-dən kart sifariş et! 05 Apr, 2024
- “SİMA İmza” ilə əmək müqaviləni ƏMAS-da onlayn imzala! 02 Apr, 2024
- “Azərenerji” informasiya sistemlərini qismən “Hökumət buludu”na köçürüb 02 Apr, 2024
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən “AzInTelecom” MMC və “Microsoft” şirkəti arasında imzalanan əməkdaşıq sazişinə əsasən, ali təhsil müəssisələri və dövlət qurumlarının Microsoft” lisenziyaları ilə təmin edilməsi istiqamətində işlər davam etdirilir. Məqsəd ölkəmizdə əqli mülkiyyət hüquqlarının qorunması və innovasiya ekosisteminin inkişaf etdirilməsidir.
“AzInTelecom” cari ayın əvvəlindən ali təhsil müəssisələrinə “Microsoft” lisenziyalarının ödənişsiz verilməsinə başlayıb. Artıq 46 ali təhsil müəssisəsi və 379 tələbə tərəfindən “Windows 10 Education” və “Office 365 Education” proqram təminatlarının lisenziyaları istismar olunur.
Xatırlatmaq istərdik ki, hazırda tələbələr “www.edulicense.az” saytına daxil olaraq rahat şəkildə qeydiyyatdan keçib lisenziyanı heç bir ödəniş etmədən əldə edə bilərlər. Bu da ümumilikdə ölkə üzrə lisenziyalı proqram təminatı istifadəçilərinin sayının artımına gətirib çıxaracaqdır.
Sözügedən saziş çərçivəsində təkcə ali təhsil müəssisələrində deyil, həm də dövlət sektorunda lisenziyaların verilməsi işləri davam etdirilir.