“AzInTelecom” startaplara dəstək verəcək konsorsiuma qoşulub
02 May, 2019

Startapların müxtəlif dövlət qurumları və ayrı-ayrı şirkətlər tərəfindən keçirilən tenderlərdə, eləcə də, əhəmiyyətli layihələrdə iştirakını təmin etmək, onlara bu sahədə dəstək göstərmək məqsədi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində İnnovasiyalar Agentliyi, nazirliyin tabeli qurumu olan "AzInTelecom" MMC, "Lenovo", "Nutanix" və "iQRex" şirkətləri ilə birgə konsorsium yaradılıb.

Konsorsium yerli startapçılara müxtəlif maliyyə mənbələri əldə etmək, mühüm layihələrdə, o cümlədən iri və orta büdcəli tenderlərdə iştirak etmək imkanı yaradacaq.