Son xəbərlər
- “AzInTelecom” MMC Türkiyənin “Bulutistan” şirkəti ilə memorandum imzalayıb 11 Avq, 2022
- “AzInTelecom” MMC-nin rəsmiləri Türkiyədə işgüzar səfərdədir 10 Avq, 2022
- “AzInTelecom” MMC fövqəladə hallarda məlumatların qorunması və fasiləsiz iş xidmətini təqdim edir 10 Avq, 2022
- Elm və Təhsil Nazirliyi ilə “AzInTelecom” MMC arasında Yevlax Əlçatanlıq Zonasında görüş keçirildi 09 Avq, 2022
- SİMA-nın növbəti tərəfdaşı “Kredit Evi” QSC oldu 08 Avq, 2022
20 Yanvar – müstəqilliyə gedən yolda xalqımızın qəhrəmanlıq salnaməsi
29 il keçməsinə baxmayaraq, qanlı 20 Yanvar faciəsinin acısı hələ də təzədir. 20 Yanvar günü Bakıda və Azərbaycanın digər bölgələrində həyata keçirilən qırğınlar Azərbaycan xalqının müstəqillik mübarizəsini dayandırmaq üçün planlandırılmış tədbirlər idi. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu Bakının küçələrinə daxil olaraq müstəqillik uğrunda mübarizə aparan silahsız dinc sakinlərə atəş açdı. Tankların hücumu nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla 137 insan həlak oldu, 744 nəfər isə ağır yaralandı. Qanlı 20 Yanvar Sovet İttifaqının Azərbaycandakı idarəçiliyinin sonu oldu. Ölkəmiz 18 oktyabr 1991-ci ildə öz müstəqilliyini bərpa etdi. Həmin müdhiş gecədə həlak olan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Bu gün müstəqil Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq səhifəsi kimi yazılıb.