Son xəbərlər
- “SİMA İmza” və “PAŞA Bank”dan sahibkarlar üçün bir ilk! 07 Dek, 2023
- Elektron Məhkəmə Sisteminə “SİMA İmza” ilə daxil olmaq imkanı yaradılıb 05 Dek, 2023
- “AzInTelecom” mobil cihazların qeydiyyat rüsumunun azaldılması ilə bağlı Qanuna edilən dəyişikliyin icrasına başlayır 04 Dek, 2023
- “AzInTelecom” “İnMerge Sammiti”ndə stendlə çıxış edəcək 29 Noy, 2023
- “SİMA İmza” ilə “PAŞA Bank”ın sahibkar kreditini ofisdən çıxmadan əldə et! 28 Noy, 2023
19 dekabr 2018-ci il tarixində “Caspian European Club” tərəfindən təşkil olunan “Caspian Business Award 2018” mükafatının təqdimetmə mərasimi keçirilib. Tədbirdə neft və qeyri-neft sektorunu təmsil edən müxtəlif nümayəndələr mükafatlandırılıb.
Xatırladaq ki, “Caspian Business Award” beynəlxalq mükafatı Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərinin ərazisində iqtisadiyyatın sosial və digər sahələrində daha fəal iştirak edən şirkətlərə təqdim olunur.
Mərasimdə dövlət qurumlarının rəhbərləri, Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri, Caspian European Club-ın üzvləri, həmçinin üzv olmayan şirkətlərin rəhbərləri də iştirak ediblər. Bu mükafat ölkəmizdə iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına töhfə vermiş, habelə uğurlu və şəffaf fəaliyyətləri ilə fərqlənən şirkətlər və rəhbərləri bir araya gətirib.
Sevindirici haldır ki, AzInTelecom bu il Caspian Business Award-2018 mükafatına layiq görülərək “İlin ən proqressiv İT şirkəti” seçilib. Mükafatı qəbul edən AzInTelecom-un direktor müavini Ceyhun Əliyev bildirib ki, “Bu il ərzində əldə olunan nailiyyətlərə qiymət verərək bu nominasiyaya layiq görülməyimiz bizim üçün mühüm əhəmiyyət kəsb edir”. Çıxışda 2019-cu ilin AzInTelecom üçün “SaaS ili” (proqram təminatı xidmətləri) elan olunması çərçivəsində təqdim olunacaq yeni xidmətlərdən bəhs olunub. Eyni zamanda, gələcəkdə bu xidmətlərin daha da artacağı vurğulanıb.