Son xəbərlər
- “Push30” hesabları SİMA KYC ilə daha etibarlı! 04 Okt, 2024
- “AzInTelecom” tərəfindən 24 mindən çox “klon” IMEI kod bloklanıb 02 Okt, 2024
- Naxçıvana onlayn aviabilet alışı “SİMA İmza” ilə həyata keçiriləcək 01 Okt, 2024
- İşəgötürənlərə “SİMA İmza” ilə bağlı təqdimat nümayiş olundu 25 Sen, 2024
- Özbəkistanda keçirilən “İKT Həftəsi”ndə SİMA haqqında məlumat verilib 25 Sen, 2024
Mayın 25-də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi və “AzInTelecom” MMC-nin təşkilatçılığı ilə kütləvi informasiya vasitələrinin (KİV) nümayəndələri üçün “Bulud texnologiyalarına giriş və onların biznesdə tətbiqi” mövzusuna həsr olunmuş təlim keçirilib.
Təlimin məqsədi “bulud” texnologiyalarının biznesdə tətbiqinin yarada biləcəyi imkanlar və üstünlüklər barədə məlumat verməkdir.
Tədbirdə çevik və sərfəli “bulud” həllərinin tətbiqi nəticəsində istismar xərclərinin 30-40% azaldılması, kapital xərclərinin isə sıfıra endirilməsi vurğulanıb. Qeyd edilib ki, məhz səmərəliliyin artması sayəsində getdikcə daha çox şirkət öz biznesini qurarkən “bulud” xidmətlərindən yararlanır.
Təlim zamanı KİV nümayəndələri üçün Data Mərkəzinə tur təşkil olunub. Data Mərkəzinin texniki imkanları, təqdim olunan xidmətlər, iş fəaliyyəti barədə qonaqlara ətraflı məlumat verilib.
Qeyd edilib ki, məlumatların saxlanmasında əsas amil informasiya təhlükəsizliyinin təmin olunmasıdır ki, “AzInTelecom” MMC-nin Data Mərkəzinin informasiya təhlükəsizliyinin idarə olunması üzrə ISO 27001 sertifikatına malikdir. Bu da məlumatların etibarlı və təhlükəsiz mühitdə qorunmasına zəmanət verir.
Həmçinin bildirilib ki, Data Mərkəzi Azərbaycan və Cənubi Qafqaz regionunda TIER III sertifikatına malik ilk Data Mərkəzidir. Məlumat verilib ki, TIER III kateqoriyasının əsas xüsusiyyətlərinə mühəndis altsistemlərinin paralel fəaliyyəti, ehtiyat soyutma sistemi, ehtiyat enerji təminatı sistemi, ehtiyat telekommunikasiya infrastrukturu daxildir. 99,982% etibarlılıq səviyyəsi təmin olunan Data Mərkəz sahəsi 700 m2-dən çox olan server dayaqlarına malikdir və verilənlərin yüksək sürətlə ötürülməsini həyata keçirir.
Xatırladaq ki, Data Mərkəzi 2016-cı ilin dekabrında istismara verilib.