“AzInTelecom” MMC-nin texniki heyəti və Azərbaycan Banklar Assosiasiyasının İnformasiya Texnologiyalar (İT) Komissiyası ilə görüş keçirilib.

Görüşdə  “AzInTelecom” MMC tərəfindən göstərilən xidmətlər və həllər, həmin xidmətlərlə bağlı “AzInTelecom” MMC-nin öhdəlikləri və informasiya təhlükəsizliyi müzakirə edilib.

Həmçinin “AzInTelecom”un Data Mərkəzinin infrastrukturu, İaaS xidmətlərinin (“İnfrastruktur xidmət kimi”) göstərilməsi üçün tətbiq olunan texnologiyalara dair təqdimat keçirilib.

Görüş zamanı İT Komissiyasının nümayəndələri üçün Data Mərkəzi turu təşkil olunub.

Qonaqlar Data Mərkəzinin infrastruktur imkanları, tətbiq olunan ən müasir texnologiyalar və 24/7 rejimində texniki dəstək barədə qonaqlara ətraflı məlumat verilib.