“AzInTelecom” MMC Beynəlxalq İnformasiya Təhlükəsizliyi Standartı - ISO 27001 Sertifikatı ilə təltif edilib.
20 İyl, 2017

Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin nəzdində fəaliyyət göstərən “AzInTelecom” MMC dünya üzrə yüzdən artıq ölkədə fəaliyyət göstərən və sertifikasiya xidmətləri göstərən Norveçin DNV GL şirkəti tərəfindən həyata keçirilən müstəqil auditin nəticələrinə görə 29 iyun 2017-ci il tarixində İSO 27001 Beynəlxalq İnformasiya Təhlükəsizliyi Standartına layiq görülüb.

Aktivində artıq İSO 20000 Sertifikatı olan Azintelecom-un İSO 27001 üçün daxili auditə başlamasında əsas səbəb və motivasiya informasiya təhlükəsizliyi və məlumat mübadiləsinin təkmilləşdirilməsi, eləcə də, idarəçilikdə şəffaflığın artırılması idi.

Standartın xarakteristikasına əsasən “AzInTelecom”-un Data Mərkəzi və onun texniki imkanları vasitəsilə göstərilən infrastruktur xidmətləri (İaaS) İnformasiya Təhlükəsizliyinin İdarəetmə Sisteminin yaradılması, inkişafı və dəstəyi üçün tələb olunan informasiya təhlükəsizliyi standartlarına tam uyğundur. Bu, o deməkdir ki, Azintelecom-un Data Mərkəzində yerləşdirilən məlumatlar kompleks təhlükəsizliklə təmin olunmaqla yanaşı (24/7 rejimində fiziki və virtual təhlükəsizlik), sözügedən məlumatlara müştəri tərəfindən çıxış da avtomatlaşdırılaraq beynəlxalq standartlara uyğunlaşdırılıb. Eyni standart və prinsiplərin biznes proseslərinin idarə olunmasına da şamil olunduğunu nəzərə alsaq, bu sertifikatın idarəçilikdə şəffaflıq dərəcəsinin artmasına şərait yaratdığı aydın olur.

TIER III beynəlxalq sertifikatlarına malik Azintelecom-un Regional Data Mərkəzində bulud texnologiyalarına əsaslanan “İnfrastruktur xidmət kimi” (İaaS) həllər (virtual şəbəkə, virtual saxlama, virtual infrastruktur, “backup” və digər) təklif olunur. Büdcə xərclərinin optimizasiyası və idarəetmənin avtomatlaşdırılmasına yönələn İaaS xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün www.datamerkezi.az veb səhifəsindən istifadə edə bilərsiz.