"AzInTelecom” MMC 2015-ci ilin iyun ayında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin qərarı ilə yaradılıb. Qurumun fəaliyyət istiqamətləri Bulud həlləri, Azərbaycan və xarici ölkələr arasında mübadilə olunan Beynəlxalq səs trafiki, Biznes həlləri, İnformasiya Təhlükəsizliyi xidmətləri, SİMA rəqəmsal həllər platforması və Mərkəzləşdirilmiş informasiya sistemlərindən ibarətdir....

  • Bulud xidmətləri
    AzInTelecom Data Mərkəzləri Cənubi Qafqaz regionunda, o cümlədən Azərbaycanda ən böyük əlçatanlıq zonasıdır. TIER III, ISO 20000, ISO 22301 və ISO 27001 sertifikatlarına layiq görülmüş Data Mərkəzləri iki istiqamətdə fəaliyyət göstərir: Korporativ Həllər və Hökumət Həlləri.
    Daha çox
  • SİMA
    Elektron imza Azərbaycan Respublikasının qanunlarına əsasən, əl imzası ilə eyni hüquqi qüvvəyə malikdir. Elektron imza bizim virtual məkanda şəxsiyyətimizi təsdiq edən sənəddir.
    Daha çox
  • BİZNES HƏLLƏRİ
    “AzInTelecom” MMC ölkəmizin sürətli və kefiyyətli rəqəmsal transformasiyası, rəqəmsal iqtisadiyyatımızın inkişaf etdirilməsi üçün bir sıra innovativ biznes həll təqdim edir. İT, bulud texnologiyaları və süni intellektə əsaslanan bu həllər vətəndaşların elektron xidmətlərə əlçatanlığını artırır, biznes subyektlərinin rəqəmsal inkişafını təşviq edir.
    Daha çox
  • İnformasiya Təhlükəsizliyi xidmətləri
    “AzInTelecom” MMC müştərilər üçün Kibertəhlükəsizlik və İnformasiya Təhlükəsizliyinin auditi və konsaltinqi xidmətlərini təklif edir.
    Daha çox
  • Mərkəzləşdirilmiş informasiya sistemləri
    “AzInTelecom” MMC-nin mərkəzləşdirilmiş informasiya sistemlərinin yaradılmasında məqsəd vətəndaşlara, eləcə də sahibkarlara şəffaf və operativ xidmət göstərməkdir. Müvafiq informasiya sistemlərinin formalaşdırılması nəticəsində informasiya texnologiyalarının tətbiqi ilə innovativ idarəetmə təmin edilir, bir sıra çatışmazlıq aradan qaldırılır.
    Daha çox
  • Beynəlxalq səs trafiki
    “AzInTelecom” MMC dünya telekommunikasiya bazarında xüsusi yeri, çəkisi, müasir tələblərə cavab verən son texnologiyalarla təmin edilmiş şəbəkələri olan Avropa, Asiya və Amerikanın ən böyük telekommunikasiya operatorları ilə mövcud olan birbaşa kanallar üzərindən yüksəkkeyfiyyətli və dayanıqlı səs trafikini mübadilə edir və qarşılıqlı hesablaşmalar aparır.
    Daha çox